Azərbaycan nefti 4 dollar bahalaşdı

 15:43 22.01.2022     314

Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin həftə ərzində orta qiyməti 91,44 ABŞ dolları təşkil edib.

Redaktor.az xəbər verir ki, son həftə ərzində neftin bir barelinin orta qiyməti ötən həftə ilə müqayisədə 3,99 ABŞ dolları qədər və ya 4,56 faiz artıb.

Həftə ərzində neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 20 yanvar tarixində qeydə alınıb və 92,89 ABŞ dollarına bərabər olub.

Son həftə ərzində Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 17 yanvar tarixində qeydə alınıb və 89,84 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, əvvəlki həftə ərzində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 87,45 ABŞ dollarına bərabər olub.

Vumart və Güvən reklamı Vumart Güvən