"Əhalisi 50 min nəfərdən az olan kiçik rayonlar ləğv edilməlidir" - Rövşən Ağayev

 12:38 10.02.2022     1865

Xəbər verdiyimiz kimi, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində  Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək. Bu xəbər inzibati ərazi vahidləri ilə bağlı məsələni yenidən gündəmə gətirib.

İqtisadçı Rövşən Ağayev əhalisinin sayı az olan digər rayonların da ləğv olunmasını təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə fikirlərini o, Feysbuk hesabında paylaşıb: 

"Gəncənin rayonları ləğv edilir, şəhər vahid inzibati ərazi vahidinə çevriləcək. Bununla bağlı dəyişiklik layihəsinin artıq Parlamentə daxil olduğu deyilir.

Hökumətin regionları inzibati ərazi vahidinə çevirməyə niyyəti yoxdursa, ən azından əhalisi 50 min nəfərdən az olan kiçik rayonları ləğv etməlidir. Məsələn, Naxçıvan MR-da Şahbuz, Sədərək və Kəngərli rayonlarını ətraf rayonlara birləşdirmək olar - bu 3 rayonun birlikdə əhalisi cəmi 74 min nəfərdir.

Cəmi 17 min nəfər əhalisi olan Xızını, 35 min nəfər əhalisi olan Daşkəsəni də rayon statusunda saxlamaq iqtisadi baxımdan səmərəli deyil",- R.Ağayev yazıb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən