Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - RƏSMİ

 14:29 15.02.2022     439

Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərenerji Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

O bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kvtlıq xəttin çəkilməsi nəzərdə tutulur.

"Zəngəzur dəhlizi vasitəsiylə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsiylə elektrik enerjisinin Türkiyəyə ordan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur", - deyə T.Abdullayev əlavə edib.

Qeyd edək ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olunub. Jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarına, "Qarabağ" rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya ilə tanış olacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən