Rabitəbank ilin ən fəal bankları sırasında yer aldı

 17:39 25.02.2022     680

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları –2021” mükafatının qalibləri müəyyən olunub və “Rabitəbank” ASC 5 nominasiya üzrə mükafata layiq görülüb.

"Rabitəbank" 2021-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyalarının qalibi olub.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Vumart və Güvən reklamı Vumart Güvən