Daha bir avtomobil nəhəngi Rusiyanı tərk etdi
Çexiyanın "Škoda" avtomobilqayırma nəhəngi Rusiyadakı fəaliyyətini dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir.
"Volkswagen konserninin rəhbərliyi (tərkibinə "Şkoda" da daxildir -red.) Rusiyada avtomobil istehsalını dərhal dayandırmaq qərarına gəlib. Bu qərar "Škoda"nın Kaluqa və Nijni Novqoroddakı zavodlarına şamil edilir. Biz eyni zamanda dərhal Rusiyaya avtomobil ixracını da dayandırırıq", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, bu tədbirlər müvəqqəti addım kimi dəyərləndirilir. “Biz hərbi əməliyyatların tezliklə dayandırılmasına və diplomatiyaya qayıdılmasına ümid edirik”, - sənəddə deyilir.












