Azərbaycan nefti ucuzlaşdı

 11:11 12.03.2022     424

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 116,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.

Redaktor.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 115,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 118,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır (trend). 

Vumart və Güvən reklamı Vumart Güvən