Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

 22:05 12.03.2022     1478

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

"Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,-deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən