"AZGRANATA" beynəlxalq sərgidə iştirak edib - FOTO

 12:04 18.03.2022     493

Martın 9-13-ü tarixlərində Bolqarıstanda “VİNARİYA 2022” Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi keçirilib.

Redaktor.az xəbər verir ki, “AZGRANATA” MMC də özünün şərabları və tünd alkoqollu içkiləri ilə həmin sərgidə iştirak edib.

Şirkətin istehsal etdiyi məhsullar sərgini ziyarət edənlərin marağına səbəb olub.

Burada ziyarətçilər məhsulların dadına baxmaq yanaşı, onlara “AZGRANATA” MMC-nin fəaliyyəti, ümumilikdə Azərbaycanın spirtli içkilər və şərabçılıq tarixi, içkilərin müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri haqqında ətraflı məlumat verilib.

Şirkətin istehsal etdiyi “Badikubə” zoğal arağı və Mədrəsə üzüm sortundan istehsal edilmiş "AZGRANATA" premium şərabı sərgi çərçivəsində keçirilən müsabiqədə təşkilatçılar tərəfindən diplom təqdim edilib

Vumart və Güvən reklamı Vumart Güvən