Türkiyənin Rusiyaya ixracı kəskin azalıb

 13:51 24.03.2022     358

Ukraynadakı hadisələr səbəbindən Türkiyənin Rusiyaya ixracı təxminən iki dəfə azalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu bildirib.

"Regional münaqişə səbəbindən Rusiyaya ixrac demək olar ki, iki dəfə azalıb, Ukraynaya ixrac sıfıra bərabərdir. Biz turizm gəlirlərinin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağını gözləyirik", - Kavcıoğlu qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən