Bakıda sənaye istehsalı kəskin artdı
Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11,2 mlrd. manat təşkil edib, bu da illik müqayisədə demək olar ki iki dəfə çoxdur.
Redaktor.az xəbər verir ki, sənaye məhsulunun 84,3%-i mədənçıxarma, 13,2%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 90% olub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2022-ci il vəziyyətinə 368,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 78,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.












