Azərbaycan nefti bahalaşdı

 10:26 29.04.2022     86

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,83 ABŞ dolları, yaxud 2,64 % artaraq 110,17 ABŞ dollarına çatıb.

Bu barədə Redaktor.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 107,26 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.