“Kapital Bank” BAFT-ın 100 illiyinə həsr olunan Qlobal Toplantıda iştirak etdi - FOTO

 10:40 04.05.2022     255

“Kapital Bank” 1-4 may 2022-ci il tarixlərində Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumu olan Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib.

Redaktor.az xəbər verir ki, Qlobal İllik Toplantı BAFT-ın pandemiya başlayandan sonra keçirdiyi ilk canlı tədbirdir.

Toplantıda “Kapital Bank”ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci ildə BAFT Gələcək Liderlər Proqramına (“BAFT Future Leaders Program”) seçilib. Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir.

Hibrid formatda – həm onlayn, həm canlı şəkildə ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan BAFT-ın builki Qlobal Toplantısı qurumun 100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda qalıb. Gündəmdə olan mövzular sırasına qlobal iqtisadiyyat və gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar, ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil edilib.

2