“Azəriqaz” yanında ictimai şuranın üzvləri Ağsuya səfər edəcəklər

 10:13 13.05.2022     800

"Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri 18 may 2022-ci il tarixində Ağsu Regional qaz istismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər.

Redaktor.az xəbər verir ki, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, QobustanUcar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemləri ifadə etmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional qaz istismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.