Azərbaycan nefti bahalaşdı

 09:44 20.05.2022     432

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,48 % artaraq 118,99 ABŞ dolları təşkil edib.

Bu barədə Redaktor.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 110,86 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.