Azərbaycan nefti bahalaşdı

 09:37 21.05.2022     491

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,63 ABŞ dolları, yaxud 2,2 % artaraq 121,62 ABŞ dolları təşkil edib.

Bu barədə Redaktor.az-a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 112,55 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.