Azərbaycan nefti bahalaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,2 % artaraq 122,94 ABŞ dolları təşkil edib.
Bu barədə Redaktor.az-a neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin şənbə günü “Brent” markalı neftin bir bareli 114,87 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.












