Deputatın oteli məhkəməyə verildi
Azərbaycanın ən böyük istirahət mərkəzlərindən biri sayılan "Relax Resort And Spa Hotel" barəsində məhkəmə iddiası qaldırılıb.
Redaktor.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hotel rəhbərliyi icbari sığorta qanunvericiliyini pozmaqda təqsirli bilinir. "Relax Resort And Spa Hotel"barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.
İddia təsdiqini taparsa, hotel rəhbərliyini 5 min manat cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Relax Resort And Spa Hotel" Azərbaycanda cənub bölgəsinin ən tanınmış istirahət mərkəzidir. Hotelin Lerikin deputatı İqbal Məmmədova məxsus olduğu iddia edilir.
Xatırladaq ki, 2019-cu ildə sözügedən istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları və mərkəzin rəhbərliyi arasında toqquşma baş vermiş. İnsident zamanı deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.












