Azərbaycan taksi xidmətlərinin bahalığına görə MDB-də ikinci yerdədir

 12:02 09.06.2022     116

Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hesablamalara görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Taksi xidmətlərinin baha qiymətinə görə, dünyada birinci yeri İsveçrə tutur – bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ - 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.

Artan qiymət göstəricisi üzrə ölkələr aşağıdakı ardıcıllıqla təqdim olunur:

 

 

Ölkələr (MDB)

Yerli valyuta

Azərbaycan manatı

1

Belarus

0,50 BYN

0,25

2

Qırğızsan

15 KGS

0,32

3

Özbəkistan

2209,49 UZS

0,34

4

Moldova

4 MDL

0,36

5

Ermənistan

100 AMD

0,39

6

Tacikistan

2,88 TJS

0,44

7

Rusiya

20 RUB

0,57

8

Qazaxıstan

150 KZT

0,59

9

Azərbaycan

1 AZN

1

10

Türkmənistan

3 TMT

1,46