ABŞ Ukraynaya hər ay əlavə pul yardımı göndərəcək

 10:31 14.06.2022     357

Amerika Birləşmiş Ştatları Ukraynaya müntəzəm olaraq hər ay 1,5 milyard dollar pul yardımı göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ xarici işlər nazirinin müavini Derek Hoqan məlumat verib.

Birləşmiş Ştatlar rəsmisi bildirib ki, vəsait Ukrayna hökumətinin fəaliyyətinə yönəldiləcək.