Dolların bu günə olan məzənnəsi

 09:38 16.06.2022     328

Azərbaycan Mərkəzi Bankı 16 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.7745 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0985 manat, 1 Rusiya rublu 0.0297 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5790 manatdır.