Büdcənin icrası ilə proqnoz arasında kəskin fərq var - Vüqar Bayramov

 12:33 17.06.2022     134

2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəy daha çox kəmiyyət indikatorları əsasında hazırlanıb və daha yaxşı olardı ki, keyfiyyət, performans təhlili də aparılsan. Çünki fiskal siyasətdə xərclənən və ya xərclənməyən hər bir manatın iqtisadiyyata təsirləri, effektlərinin dəyəndirilməsi yaxşı olardı.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, rəy daha çox büdcənin kassa-icrası əsasında hazırlanıb və icra ilə proqnozun müqayisəsi formasında təqdim edilib:

"Bu baxımdan, Azərbaycanda sosial-iqtisadi inkişafa dair Milli Priortetlər nəzərə alınmaqla keyfiyyət hesabatının hazırlanması məqsədəuyğundur. Büdcə icrası zamanı fiskal inkluzivlik səviyyəsinin ayrıca qiymətləndirilməsinə vacibdir. Belə ki, fiskal siyasətdən birbaşa və dolayı faydalananların, yəni benefisiarların ayrıca qiymətləndirilməsi və qeyd edilməsi məqəsədəuyğun olardı.

Digər tərəfdən, büdcə xərclərinin əsas milli prioritetlərdən olan dayanıqlı iqtisadi inkişafa təsirləri ayrıca keyfiyyət meyarları ilə qiymətləndirilməlidir. Bu, fiskal siyasətlə iqtisadi hədəflərin hansı səviyyədə mütənasib olduğunu və fiskal xərcləmələrin yaratdığı iqtisadi dəyəri ölçməyə imkan verə bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) büdcə icrası zaman fiskal siyasətin yaşıl iqtisadiyyat, gender siyasətinə təsirlərinin ayrıca qiymətləndirilməsini tövsiyyə edir. Hər iki istiqamət Azərbaycan üçün priorotetdir və bu istiqamətlərin rəydə ayrıca qeyd olunması vacibdir. Digər tərəfdən, rəydə ortamüddətli dövr üçün müəyyənləşdirilmiş hədəflərarası uyğunluğun aydın təqdim olunması, keyfiyyət indikatorların istifadə olunması və xüsusən də ortamüddətli dövr üçün hədəflərlə və ayrılan vəsait arasında mütənasiblik gözlənilməsi vacibdir. 

Bir sıra hallarda Orta Müddətli Xərclər Çərçivsində hədəflərə nail olunması səviyyəsi ilə maliyyələşmə dərəcəsi arasında qeyri-mütənasiblik özünü göstərir".

Deputatın sözlərinə görə, 2021-ci il dövlət büdcəsi icrasının nəticələri bir daha təsdiq edir ki, proqnozlarla icra arasında kəskin fərq ötən ildə də müşahidə olunub:

"Belə ki, büdcə gəlirlərində proqnoza nisbətən daha çox artımın qeydə alınması iqtisadiyyatın ağarması ilə bağlı islahatların dərinləşməsi, infilyasiya səviyyəsinin proqnozdan daha çox olması ilə bağlıdır. Bununla belə, inflyasiya üzrə faiz proqnozlaşdırıldığıdan 3.7 faiz bənd yüksək olub. Amma xüsusən xərclərdə isə proqnoza nisbətən kənarlaşma daha çox olub. 2021-ci il dövlət büdcəsi ilə 28 milayrd 543 milyon manat təsdiq olunsa da, xərclər 96,1 faiz və ya 27 milyard 422 milyon manat icra olunub. Bu o deməkdir ki, proqnozlaşdırılan və ya təsdiq edilən 1 milyard manatdan artıq vəsait istifadə olunmayıb.

Kiyafət qədər böyük vəsaitin istifadə olunmamasının iqtisadiyyata təsirləri qiymətləndirilibmi?

Aydındır ki, nəzərdə tutulan vəsaitlərin xərclənməməsi iqtisadi aktivliik baxımdan arzuolunan deyil. Digər tərəfdən, büdcə kəsirində proqnoza nisbətən kənarlaşma 67,1 faiz olub. Bu isə proqnozlaşdırma metodologiyasına yenidən baxılmasını aktuallaşdırır.Bir sıra əsas əsas istiqamətlər üzrə xərclərin ÜDM-də və büdcə gəlirlərində payı aşağı olaraq qalmaqdadır. Xüsusən Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5,6 faiz, Türkiyədə 4,3 faizdir. Ölkəmizdə bu rəqəm 2,1 faiz təşkil edir. 2021-ci ildə elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz olub. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1 faiz, Türkiyədə 1,1 faiz, dünya üzrə ortalama 2,2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı. Digər mühim məqam xərcləmələrin daha çox sonuncu rüb və ya dekabr ayına təsadüf etməsidir. Ötən ilin  dekabr ayında 2 milyard 180 milyon proqnozlaşdırılsa da, 3 milyard 671 milyon manart xərclənib. Dekabr ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 3671,1 mln. manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1491,1 mln. manat və yaxud 68,4% çox olmaqla icra edilmiş cəmi büdcə gəlirlərinin 13,9%-nə bərabərdir.2021-ci ildə dövlət büdcəsi xərclərinin 35,4%-i ilin son rübündə icra edilmişdir. 2020-ci ildə 29.4 faiz idi. Bu o deməkdir ki, ötən il xərclənənhər 100 manat vəsaitin 35 manatdan çoxu sadəcə bir rübdə və sonuncu rübdə xərclənib. Xüsusilə dekabr ayında 5102,9 mln. manatın xərclənməsi, bir mənbədən satış metodu ilə vəsaitlərin istifadəsi, onların böyük əksəriyyətinin təşkilatların bank hesabında qalmasına, akkreditivlərə yönəldilməsinə gətirib çıxarıb", - deyə millət vəkili vurğulayıb.