"Volt" qiymətləri qaldırdı

 18:42 17.06.2022     601

Fərdi kuryer işi ilə məşğul olan “Volt Azərbaycan” MMC iyunun 29-da etibarən qiymətləri qaldıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə sözü gedən şirkətin müştərilərə göndərdiyi “sms”də qeyd olunub.

“Qayda və şərtlərimizə dəyişiklik əlavə etdik. Nəzərinizə çatdırmaq istərdik ki, 29.06.2022 tarixindən etibarən bütün çatdırılma sifarişlərinə xidmət haqqı əlavə olunacaq. Xidmət haqqı tətbiqimizdə ödəniş bölməsində əks olunacaq. Bu dəyişiklik bizə çatdırılma və sifariş xidmətimizi inkişaf etdirməyə və sizə daha yaxşı xidmət göstərməyə kömək edəcək. Xidmət haqqı yalnız çatdırılma sifarişlərinə əlavə olunacaq. Kuryer və restoran qazancları, həmçinin teykevey sifarişləri təsirlənməyəcək. Xoş sifarişlər arzulayırıq”,- deyə ismarıcda bildirilir.

İLTİFAT

2