Britaniyanın bu bankı Azərbaycan bazarına daxil olur

 23:48 17.06.2022     158

Böyük Britaniyanın rəqəmsal bank (neobank) modeli il bank xidmətləri göstərən "Revolut" maliyyə-texnologiya şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Revolut”dan məlumat verilib.

Qeyd edək ki, "Revolut" 200-dən çox ölkədə təmsil olunur, 18 milyondan çox fərdi, 500 min korporativ müştəriyə malikdir. Şirkət, həmçinin 30-dan çox valyuta ilə maliyyə əməliyyatları yerinə yetirir. "Revolut"un mobil tətbiqi səhmlərin, valyuta və kriptovalyutaların alqı-satqısına imkan verir.

"Revolut" şirkəti 1 iyul 2015-ci ildə təsis edilib, əməkdaşlarının sayı 5 minə yaxındır.