Naxçıvanın yeni büdcəsi nə qədər artacaq?

 12:35 18.06.2022     198

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26,0 milyon manat və ya 6,0 faiz artırılır.

Redaktor.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Artımdan sonra Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606,1 milyon manat təşkil edəcək. Artırılmış xərclərin əsasən əmək haqlarının və sosial müavinətlərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur (APA).