Ərzaq bahalaşmasına görə büdcədən pul ayrılacaq

 12:48 18.06.2022     195

Dövlət büdcəsində ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə vəsait ayrılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.