"Hasilatı artırın" - ABŞ-dan neft şirkətlərinə çağırış

 19:57 19.06.2022     412

Ekspertlər üçüncü rübdə ABŞ-da benzinin qiymətinin bir qallon üçün rekord həddən - 5 dollardan 4,27 dollara enəcəyini proqnozlaşdırırlar.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.

O qeyd edib ki, Vaşinqton dünya üzrə neft və qaz istehsalçılarını, o cümlədən OPEC-i yanacağın qiymətini endirmək üçün hasilatı artırmağa çağırır. Gələn həftə nazir ABŞ-ın neft-qaz şirkətlərinin rəhbərləri ilə problemi müzakirə etməyi planlaşdırır.

"Prezident Bayden dünyanın bütün təchizatçılarından istehsalı artırmağı xahiş edib. Buraya OPEC , bizim yerli neft və qaz hasilatçılarımız daxildir”, – Cennifer Qranholm CNN-ə müsahibəsində bildirib.