"Azərbaycanın neft və qaz ixracından gəlirləri tarixdə ilk dəfə bərabərləşib" - Tahir Mirkişili

 11:49 20.06.2022     886

Bu ilin 5 ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bu eyni zamnada qazın qiymətindəki sıçrayışla bağlıdır: “Tədiyyə balansında bu ilin ilk 3 ayında neftdən əldə olunan gəlir 3,8 milyard ABŞ dollara yaxınlaşsa da, qaz ixracından gəlirlər 3,5 milyard ABŞ dolara yaxın olub”.