“Ukraynanı bərpa etmək üçün 1 trilyon dollardan çox vəsait lazımdır” - Avropa Bankının rəhbəri

 21:25 21.06.2022     738

“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox vəsait lazım olacaq”.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının (EIB) rəhbəri Verner Hoyer brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa Ukraynanın yenidən qurulmasında ən böyük rolu oynamalı olacaq.

“EIB rəhbərliyi artıq Ukraynanın yenidən qurulması üçün 1-1,5 milyard dollar arasında vəsaitin ayrılması üzərində işləyir”, - Hoyer vurğulayıb.