Qızıl yenə uçuşlaşdı

 09:34 24.06.2022     272

Qızıl ardıcıl beşinci ticarət sessiyasında uçuşlaşıb.

Redaktor.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,22%, yaxud 4,15 dollar ucuzlaşaraq 1 unsiyası 1 825,85 dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,14% düşərək 1 unsiyası 21,012 dollar təşkil edib.

İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirməsi perspektivlərini qiymətləndirirlər.

Belə ki, FES bu yaxınlarda uçot dərəcəsini 75 baza bəndi artıraraq illik 1,5-1,75% səviyyəsinə çatdırıb. Qurumun rəhbəri Cerom Pauel inflyasiyanı ləngitməyə çalışacaqlarını bildirib.