Almaniya Ukraynaya 1 milyard avro verəcək

 16:35 25.06.2022     362

Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.

Redaktor.az “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.

“Əldə edilmiş vəsait hərbi vəziyyət şəraitində ən zəruri sosial və humanitar xərclərə yönəldiləcək”, - Ukraynanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən