Mikayıl Cabbarovun vətəndaş qəbulunun vaxtı dəyişib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun iyulun 14-də Sabirabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.












