"Azəriqaz" 500-dən çox obyektdə nöqsan aşkarlayıb

 15:39 15.07.2022     905

“Aidiyyatı qurumlarla birgə 4500-dən yuxarı obyektlər üzrə yoxlamalar aparılıb”.

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

“Yoxlama zamanı 500-dən yuxarı nöqsan aşkarlanıb. Nöqsanlar isə müxtəlif olub. Əsasən layihə-smeta sənədlərinə uyğun olmayan şəkildə qazdan istifadə olunması halları aşkarlanıb. Hansı ki, orada isitmə sistemi ilə bağlı qaz təminatı olub, lakin obyekt sahibi tərəfindən qaz xətti çəkilərək, digər məqsədlər üçün istifadə olunması hallarına rast gəlinib. Həmin vaxt ərzində qaz təminatı dayandırılıb”.

Nərmin Vüqarqızı