“Kapital Bank” müştərilərinə xəbərdarlıq etdi

 15:41 16.07.2022     5321

“Kapital Bank” müştərilərinə xəbərdarlıq edib. Xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə iyulun 16-dan 17-nə keçən gecə saat 00:30-dan 04:00-dək “Kapital Bank”ın prosessinq mərkəzi tərəfindən profilaktik tədbirlər keçiriləcək.

Redaktor.az bankın yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı plastik kartların, bankomatların, POS-terminalların və elektron kommersiya servislərinin istifadəsində fasilə yaranacaq.