“Kapital Bank” 2022-ci ilin II rübünün nəticələrini elan edib

 14:34 19.07.2022     296

“Kapital Bank”ın aktivləri iyulun 1-nə 7,6 milyard manat olub. Müştərilərə verilən kreditlərin həcmi isə 3,1 milyard manat təşkil edib. Bankda müştəri depozitlərinin həcmi 6,1 milyard manat olub.

Bankın 1 iyul 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 628 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir və ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “https://kapitalbank.az” saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — “https://kbl.az/krdt”, “Birbank” kartı sifarişi üçün — “https://kbl.az/tkstcrd”.