Bolqarıstan Azərbaycanla bağlı bu məlumatı təkzib etdi

 17:46 06.08.2022     245

Bolqarıstanın yeni müvəqqəti hökumətinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin dayandıracağı ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Redaktor.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi bildirib.

Belə ki, bir sıra KİV-lər Bolqarıstanın energetika naziri Rosen Xristovun IGB-nin operatoru olan ICGB AD-nin idarəetmə strukturunda dəyişiklikləri təsdiqləmədiyini bildirib. Qeyd olunub ki, nazir qaz kəmərinin sertifikatlaşdırılması üçün Bolqarıstan və Yunanıstan tənzimləyiciləri tərəfindən qoyulan ilkin şərt olan şirkətdə yeni təyinatları ləğv edib.

Bolqarıstan Energetika Nazirliyi məlumatları saxta adlandırıb.

"Ciddi KİV-lərdə "Radevin ofisi Yunanıstanla qaz konnektorunu bağlayır" başlığı ilə dərc olunan saxta xəbərlərə gəlincə, bəyan edirik ki, energetika naziri Rosen Xristov ICGB AD-yə təyinatları ləğv etməyib. Sənədlərə Qeydiyyat Agentliyində.baxılarkən proses uzanıb. Məsələ odur ki, icra edilməmiş inzibati tələblər və çatışmayan sənədlər qalıb. Həmçinin, şirkətin idarə heyətinin yeni üzvünün adındakı orfoqrafik səhvləri düzəltmək lazımdır", - nazirliyinin bəyanatında deyilir.

Qurum vurğulayıb ki, Bolqarıstanın həm prezidenti, həm də hazırkı baş naziri dəfələrlə şaxələndirmənin ölkənin enerji strategiyasının əsas prioriteti olduğunu bəyan ediblər.

"Bununla əlaqədar bəyan edirik ki, Energetika Nazirliyinin yeni rəhbərliyi nəinki Yunanıstanla yeni qaz interkonnektorunu bağlamır, əksinə, mövcud problemlərin tez bir zamanda aradan qaldırılması üçün səylərini əsirgəmir", - məlumatda deyilir.