“Meqa Sığorta” illik hesabatını təqdim etdi

 15:33 01.09.2022     550

Azərbaycanın məşhur sığorta şirkəti olan "Meqa Sığorta" illik hesabatını açıqlayıb.

Redaktor.az xəbər verir ki, illik hesabat Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 03 fevral 2016-cı il tarixdə təsdiq edilmiş “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ına uyğun olaraq hazırlanmışdır.

1

Tam adı: 

“Meqa Sığorta ” Açıq Səhmdar Cəmiyyəti

Qısaldılmış adı: 

“Meqa Sığorta ” ASC

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)

VÖEN: 1400143091

Dövlət qeydiyyatının tarixi və nömrəsi:

28.09.1998-ci il; 79-98/K

Sığorta fəaliyyətinin həyata keçirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 000587 saylı, 14 mart 2012-ci il tarixli lisenziya

2

Emitentin hüquqi ünvanı və olduğu yer:

AZ 1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 19A

3

Emitentin hesabat  dövrü ərzində adında və təşkilati-hüquqi formasında dəyişikliklər haqqında məlumat:

Hesabat dövrü ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişiklik olmamışdır.

4

Emitentin hesabat  dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:

Hesabat dövrü ərzində emitent tərəfindən aşağıdakı filial və nümayəndəliklər yaradılmışdır:

1.Şəmkir nümayəndəliyi, 1400143091-85001

2. Cəlilabad nümayəndəliyi, 1400143091-83001

3. Siyəzən filialı, 1400143091-71001

4. Göygöl nümayəndəliyi, 1400143091-76001

5. Şəki filialı, 1400143091-30003

5

Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:

Yoxdur

6

Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya bir neçə törəmə təşkilatı olan qrupdur) adı:

Yoxdur.

7

Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:

Sığorta və təkrarsığorta fəaliyyəti

8

Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:

Sığorta və təkrarsığorta fəaliyyəti, müddətsiz

9

Emitentin təklif etdiyi məhsullar və xidmətlər:

32 könüllü və 3 icbari sığorta növü üzrə sığorta və təkrarsığorta xidməti göstərir.

10

Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

153 nəfər, rüblük dinamika stabil olmuşdur

11

Emitentin idarə etmə orqanları haqqında məlumat: (direktorlar şurası, (müşahidə şurası, olduqda)), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

11.1

Direktorlar Şurası:

11.1.1  Qurbanov Yaşar Feyzi oğlu (sədr)

11.1.2 Əsədova Səadət Daşdəmir qızı (üzv)

11.1.3  Nuriyev Ceyhun Seyran oğlu (müstəqil üzv)

11.2

İdarə Heyəti:

11.2.1  Gülmaliyeva Sevinc Tofiq qızı (sədr)

11.2.2 Məmişov Hökmüdar Qələndər (sədr müavini)

11.2.3  Abbaszadə Eldar Rafail oğlu (sədr müavini)

11.2.4  Qarayev Hamlet Xosrov oğlu (üzv)

11.2.5  Mirzəyev Samid Salman oğlu (üzv)

11.3

Daxili Audit Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən:

Mahmudova Elmira İlham qızı

12

Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı:

7 (yeddi) fiziki şəxs

13

Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı: 

 

13.1. 7 (yeddi) fiziki şəxs

 Səhmdarlar

Adi, adlı sənədsiz səhmlərin sayı

Emitentin nizamnamə kapitalında payı (faizlə)

Əliyev Rauf Zeynal oğlu

874

19

Əliyev Yaşar Şamil oğlu

414

9

Əliyev Zeynal Hacıməmməd oğlu

              460

10

İsmayılova Nəzakət Zakir qızı

874

19

Quliyev Zaur Zakir oğlu

874

19

Qurbanov Yaşar Feyzi oğlu

644

14

Şahəliyev Faiq Mövsüm oğlu

460

10

 

Emitentin nizamnamə kapitalında payı beş faizdən az olmayan hüquqi şəxs yoxdur.

14

Emitentin səhmdarlarının (payçılarının) yığıncaqları haqqında məlumat:

14.1.  

yığıncağın keçirilmə tarixi və yeri (ünvan):

27.01.2021-ci il  Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19 A

14.1.1.  01/21 saylı, 27.01.2021-ci il tarixli protokolda qərara alınmışdır:

 “Meqa Sığorta” ASC-nin Eyvazov Fuad Etimad oğlunun öz şəxsi təşəbbüsü ilə Cəmiyyətin Təftiş Komissiyasının üzvü vəzifəsindən azad edilməsi;

“Meqa Sığorta” ASC-nin 2021-ci il üçün illik büdcəsinin təsdiq edilməsi.

14.2.  

yığıncağın keçirilmə tarixi və yeri (ünvan):

07.04.2021-ci il  Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19 A

14.2.1.  02/21 saylı, 07.04.2021-ci il tarixli protokolda qərara alınmışdır:

1. Abbaszadə Eldar Rafail oğlunun öz şəxsi təşəbbüsü ilə “Meqa Sığorta” ASC-nin Təftiş Komissiyasının müstəqil üzvü vəzifəsinə xitam verilməsi, Ələkbərov Ziya Rahim oğlunun Təftiş Komissiyasının müstəqil üzvü vəzifəsinə müvəqqəti təyin edilməsi və müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin Azərbaycan Respublikaının Mərkəzi Bankına göndərilməsi;

2. “Meqa Sığorta” ASC-nin keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına işçilərin mükafatlandırılması.

14.3

yığıncağın keçirilmə tarixi və yeri (ünvan):

17.06.2021-ci il  Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19 A

14.3.1.  03/21 saylı, 17.06.2021-ci il tarixli protokolda qərara alınmışdır:

1. “Meqa Sığorta” ASC-nin 2020-ci il üzrə maliyyə hesabatları, mühasibat balansı, mənfəət və zərər hesablarının təsdiq ediməsi;

2. “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında” qaydaların tələblərinə uyğun olaraq tərtib edilmiş “Meqa Sığorta” ASC-nin illik hesabatının təqdim edilməsi;

3. Cəbrayılov Cəbrayıl Səfər oğlunun öz şəxsi təşəbbüsü ilə Təftiş Komissiyasının sədri vəzifəsinə xitam verilməsi, Şərifov Vüqar Şirin oğlunun Təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilməsi, təyinat barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi.

14.4

yığıncağın keçirilmə tarixi və yeri (ünvan):

02.10.2021-ci il  Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19 A

14.4.1.  04/21 saylı, 02.10.2021-ci il tarixli protokolda qərara alınmışdır:

1. “Meqa Sığorta” ASC-nin 2020-ci il maliyyə ili üzrə mühasibat balansında əksini tapan bölüşdürülməmiş mənfəətinin 4 500 000 (dörd milyon beş yüz min) manat məbləğində səhmdarlara dividend ödənilməsi;

2. Şərifov Vüqar Şirin oğlunun “Meqa Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri, Babayev Murad Şaiq oğlunun Təftiş Komissiyasının üzvü, Ələkbərov Ziya Rahim oğlunun Təftiş Komissiyasının müstəqil üzvü seçilməsi;

3. Cəmiyyətin bölüşdürülməmiş mənfəətindən hər il 100 000 (bir yüz min) manata qədər sərəncam vermək səlahiyyətinin “Meqa Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının sədrinə həvalə edilməsi.

15

İnvestisiya qiymətli kağızın növü və forması: 

Adi, sənədsiz, adlı səhm 

16

Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: 

AZ1001006183, 08 avqust 2020-ci il

17

İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri: 

Miqdarı:   4600 (dörd min altı yüz) ədəd

Nominal dəyəri:  5 000,00 (beş min) manat

18

İnvestisiya qiymətli kağızların məcmu nominal dəyəri: 

23 000 000,00 (iyirmi üç milyon) manat

19

Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər:

4 500 000 (dörd milyon beş yüz min) manat

20

Faizli istiqrazlar haqqında məlumat:

Hesabat dövrünə faizli istiqrazlar mövcud deyil.

21

Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər:

Emitent tərəfindən bağlanılmış xüsusi əhəmiyyətli əqd yoxdur.

22

Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə:

22.1. Aidiyyəti şəxslərlə bağlanmış əqdlər və onların mahiyyəti:

“Rabitəbank” ASC – Bank Əmanət, Bank Hesab, Sığorta müqavilələri;

 “Great Motors” MMC – Xidmət və Sığorta müqavilələri;

“Modern Group of Companies” MMC – İcarə, Xidmət və Sığorta müqavilələri;

“Meqa Həyat Sığorta” ASC – Sığorta müqavilələri;

AR MM-nin 49-1.1.1-49-1.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərlə sığorta müqavilələri.

22.2. Aidiyyəti şəxs barədə məlumat və emitentlə əlaqəsi:

AR MM-nin 49-1.1.1-49-1.1.4-cü maddələrinə uyğun olaraq.

23

İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer:

Bakı Fond Birjası QSC, Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tower).

24

İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:

“Meqa Sığorta” ASC-nin Səhmdarlarının 29.06.2022-ci il tarixli növbəti illik ümumi yığıncağı.

25

İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat:

Emitentin rəsmi internet saytı -  www.meqasigorta.az

Vumart və Güvən reklamı Vumart Güvən