Dövlət büdcəsinə köçürülən vəsaitin həcmi ARTIB

“Dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub”.
Redaktor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində paylaşım edib:
“2022-ci il yanvar-avqust aylarında dövlət büdcəsinə 9 787,4 milyon manat vəsait köçürülüb. Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 954,2 milyon manat və ya 67,8% çoxdur”.