1690 yeni iş yerinin yaradılması nəzərdə tutulur

 11:31 10.09.2022     665

Bu ilin yanvar-avqust ayları ərzində sahibkarların 1732 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit mexanizmi çərçivəsində 72,1 mln. manat güzəştli kredit verilib".

Redaktor.az "APA-Economics"ə istinadla bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə layihələrin sayı 2,5%, kreditləşmənin həcmi isə 49% artıb.

Qeyd edək ki, 2021-ci ilin ilk səkkiz aylarında 945 layihənin maliyyələşdirilməsinə 48,4 mln. manat kredit vəsait ayrılıb.

Bu il verilən kreditlər hesabına 1690 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən