Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

 18:50 16.09.2022     488

“Serbiyanın Dövlət Enerji Şirkəti Azərbaycandan 2600 MVt/saat elektrik enerjisi alacaq”.

Redaktor.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç “Reuters”ə deyib.

Onun sözlərinə görə, Serbiya Türkiyə ilə elektrik enerjisinin nəqlini müzakirə edir.

Xatırladaq ki, bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkəsi 2023-cü ildə Azərbaycandan təbii qaz  almağı planlaşdırır.

Vumart və Güvən reklamı Vumart Güvən