Azərbaycanda inflyasiya ilə bağlı proqnoz kəskin ARTDI

 09:04 21.09.2022     103

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 11,5% olacağını proqnzolaşdırır.

Redaktor.az xəbər verir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Bank gələn il Azərbaycanda inflyasia ilə bağlı proqnozunu da 1,7 faiz bəndi artıraraq 7%-ə çatdırıb.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 11,5 % (2,7 faiz bəndi çox), gələn il isə 8,5 % (1,4 faiz bəndi çox) olacağını gözləyir.