Avro dollar qarşısında 20 illik minimuma düşdü – FOTO

 23:59 21.09.2022     168

ABŞ Federal Ehtiyatlar Sisteminin dollar üzrə faiz dərəcələrini artırması fonunda adıçəkilən valyutanın bahalaşması prosesi müşahidə olunur.

Redaktor.az xəbər verir ki, funt sterlinqin ardınca avro da dollar qarşısındakı 20illik minimumu yeniləyib.

Axşam saatlarında vahid Avropa valyutası dollar qarşısında 0,9859 səviyyəsindən də aşağı düşüb ki, bu da 2002-ci ildən bəri rekord göstəricidir.