Türkiyə lirəsi daha da ucuzlaşdı - YENİ REKORD

 14:22 22.09.2022     478

Türkiyə lirəsi dollar qarşısında ucuzlaşaraq rekordunu yeniləyib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, dollar-lirə məzənnəsi rekordunu yeniləyib. Belə ki, bu gün Türkiyədə dollar 18,3809 lirəyə kimi bahalaşıb.

Qeyd edək ki, dollar-lirə məzənnəsi ilk dəfə 2021-ci ilin dekabrında qeydə alınan 18,3633 TL səviyyəsini ötüb.