Neft sürətlə ucuzlaşır

Dünya bazarında neftin qiyməti 4%-ə qədər enib. Brent markalı neft yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
Redaktor.az xəbər verir ki, beynəlxalq ticarət məlumatlarına görə, WTI markalı neft yanvarın 11-dən bəri ilk dəfə olaraq 80 dollardan ucuzlaşıb, 79,78 dollar olub.
Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,71% azalaraq bir barel üçün 87,1 dollar olub, daha sonra isə 87 dollardan aşağı düşüb.