Dünyada neft yenə bahalaşacaq

 22:59 02.10.2022     1317

OPEC+ neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki,bu addım qiymətlərin indiki səviyyədə saxlanılması ilə bağlı atıla bilər.

Qeyd edək ki, bir müddət əvvəl qurumun katibliyi OPEC+ nazirlərinin görüşünün oktyabrın 5-də Vyanada keçiriləcəyini açıqlayıb. Tədbir 2,5 ildə ilk dəfə olaraq, üzbəüz formatda keçiriləcək. Avstriya paytaxtında qurumun monitorinq komitəsinin hesabatı da dinləniləcək.

Təşkilat neft bazarını dəstəkləmək üçün noyabrda neft hasilatının ciddi şəkildə - sutkada 0,5-1 milyon barel azaldılması imkanlarını müzakirə edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən