Azərbaycanda ən çox maaşı onlar alır - 3485,5 manat

 11:25 17.10.2022     508

2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829,0 manat təşkil edib.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Əməkhaqqı neft-qaz sektorunda 3485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.