"Fermerlərə verilən subsidiya uğrunda yarış gedir" - Rüfət Quliyev

 14:00 03.11.2022     174

"Azərbaycanda son illər dövlətin fermerlərə verdiyi subsidiya uğrunda yarış gedir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

"Azərbaycanda 30 növ məhsulun maya dəyərinin bir hissəsini subsidiya formasında dövlət qarşılayır. Amma fermerlərin bir qisminə subsidiya verilir, bir qisminə isə isə verilmir. Misal üçün, Xızı rayonunda bəzi fermerlərə deyirlər get filan sənədi gətir və yaxud sən əkmə, əvəzində sənə 50 manat pul verək. Mən "Tarixi-Nadir"i yarıya qədər oxumuşam, amma belə ortaqlıq görməmişəm. Bu problem bir sıra rayonlarda var", - deyə o, qeyd edib.