Azərbaycanda dolların məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

 14:36 03.11.2022     389

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.

"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 7 mart 2018-ci ildən bəri milli valyutasının məzənnəsi dəyişməyib.

T.Kazımov həmçinin deyib ki, Azərbaycanda investisiya fondlarının yaradılması üçün kapital bazarı inkişaf etməlidir.

"İndi investisiya fondu yaradsaq, vəsaitlər xaricə axıb gedəcək", - deyə baş bankir əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən