“Payız-qış mövsümü ilə əlaqədar işləri yekunlaşdırmışıq" - "Azəriqaz"ın şöbə rəisi

“Payız-qış mövsümü ilə əlaqədar işləri may ayında başlayıb, oktyabr ayında yekunlaşdırmışıq. Payız-qış mövsümünə bu hazırlıq 2022-2023-cü illəri əhatə edən bir plandır. Burada kilometrlərlə qaz xəttlərinin yenilənməsi, o cümlədən təbii qaz istehlakçılarının dayanıqlı, fasiləsiz təbii qazdan istifadə olunması məqsədi ilə zəruri tədbirlər görülüb. Qaz tənzimləyici şkaflar, siyirtmələr quraşdırılması və yaxud da yenisi ilə əvəz edilməsi işlər həyata keçirilib ki, qış mövsümündə havalar daha da şaxtalı qarlı keçdiyi bir dönəmdə təbii qaz təzhizatında hər hansı bir problemimiz yaranmasın.”
Redaktor.az xəbər verir ki, bunu SOCAR Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib. Onun sözlərinə görə, SOCAR Azərqaz İstehasalat Birliyi tərəfindən qaz təchizatının verilməsi mövsümi xarakter daşımır:
“İlin bütün fəsillərində tələbata uyğun təbii qaz istehlakçıları qazla təmin olunur. Artıq bu aydan, yəni noyabr ayından etibarən sifarişçi tərəfindən qazanxanalara təbii qazın açılması üçün müraciətlər daxil olur ki, biz də həmin qazanxanalara təbii qazın verilişini istilik mövsümi ilə əlaqədar təmin edirik. Buna da tam hazırıq. Hər iki qurum arasında artıq təbii qazın verilməsi ilə bağlı görüşlər keçirilib. Həmin o qazanaxanalarda da hər hansı bir problem yoxdur.”
Həmidə İbrahimova