Azərbaycan nefti bahalaşdı

 11:40 12.11.2022     126

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,51 ABŞ dolları və ya 2,6% artaraq 98,47 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.