Şəkər tozunun ixracında azalma müşahidə edilib

Yanvar-oktyabr aylarında 39,4 min ton şəkər tozu ixrac edilib.
Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 27,6 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 26,7 milyon dollar olmaqla 50,7 min ton şəkər tozu ixrac edilib.